Yemək bişirən zaman onu hansı üsulla bişirməyi bilmək hər kəs üçün çox vacibdir.Bişirmə qaydaları ilə aşağıda tanış ola bilərsiniz.Bişirmə qaydaları əsas 2 növü var.Ənənəvi bişirmə qaydası və buxara vermə prosesi ilə bişirmə qaydası.
Ənənəvi bişirmə qaydasına ərzağı 90-100ºC temperaturda qaynayan suda isitmək daxildir. Bu proses bişirilən məhsulun tərkibində toxumaların yumşalmasına və qida elementlərinin həll olmasına səbəb olur. Ənənəvi bişirmə zamanı qidanın tərkibindəki vitamin və mineralların 40%-i itir, C vitamininin isə 70%-i itkiyə gedir. Bu itkini mümkün qədər azaltmaq üçün məhsulu birbaşa qaynayan suya salmaq lazımdır. Həmçinin, bişmə vaxtı qısa olmalıdır. Ona görə də, suyu qaynadın və bişmə prosesini qapağın altında edin.
Digər üsul isə buxara vermək qaydasıdır.Bu üsul qidanı hazırlamağın ən sağlam və sadə üsullarından biridir. Bu prosesə ərzağı buxara vermək daxildir. Məhsullar suya batırılmamalıdır. Bu zaman ərzaqlar təbii dadını, möhkəmliyini və rəngini saxlayır, eləcə də qidalandırıcı elementlər itkiyə getmir.Bundan əlavə buxara vermə yolu ilə hazırlanan yeməklər, lap çox ədviyyat tökmək tələb etmir. Buxara verilmiş qida ilə, duzdan istifadəni azaltmış olarıq. Bu yolla hazırlanan yeməklərin daha az kalorisi olur və həzm prosesi asanlıqla hıyata keçir.Buxara verməyin digər bir üstünlüyü odur ki, enerjiyə və vaxta qənaət olunur, çünki ənənəvi bişirmə üsulunda olduğu kimi nəzarət tələb etmir. Bu metod xüsusi avadanlıq tələb etmir və bu digər bir üstünlükdür. Bu zaman altı qalın olan və içinə səbət qoyula bilən qazan kifayətdir.

Comments

comments