Ərzaqlar:

200 q yaşıl lobya

10 ədəd qoz ləpəsi

1 baş qırmızı soğan

2 diş sarımsaq

1x.q üzüm sirkəsi

1 ç.q şəkər tozu

Duz

Istiot

Hazırlanması:

Lobyanı təmizləyib böyük hissələrə bölürük.

Yuduqdan sonra üstünə su töküb qazanda odun üstündə bişiririk.

Soğanın qabığını soyub yuduqdan sonra nazik halqa doğrayırıq.

Sirkə ilə şəkər tozunu qarışdırıb soğanın üstünə töküb qarışdırırıq. Lobya bişənə qədər qalır.

Sarımsağın qabığını soyub yuyub sarımsaq əzəndən keçiririk.

Qoz ləpəsini xırda doğrayırıq.

Lobya bişdikdən sonra sudan çıxarıb soyuduruq.

Lobya, soğan, sarımsaq,qoz, zövqə görə duz və istiot töküb astaca qarışdırırıq.

Salatın dadının çıxması üçün 3-4 saat əvvəlcədən hazırlamaq lazımdır. Qəlyanaltını zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments