Ərzaqlar:
Xiyar
Acı bibər
Sarımsaq
Sirkə (60%-li)
Şəkər tozu
Duz
Kərəviz (quru ya da təzə)
Şüyüd (quru şüyüd başı ya da təzə)
Yapışdırıcı
Hazırlanması:
Xiyarları yuyub təmizləyirik. Hər bankaya 1 diş sarımsaq, 1 şüyüd başı, 2-3 zoğ kərəviz, 2 sm qalınlıqda acı bibər (enli yerində 1 sm olsun) yığıb üstünə xiyarı yığırıq.
Qazanda su qaynadırıq. Qaynar suyu bankaların ağzına qədər tökürük 15 dəqiqə qalır sonra boşaldırıq. Yenidən qaynar su tokürük yenə 15 dəq saxlayıb tökürük 3-cü dəfə qaynar suyu töküb hər 800 q -1 k q bankaya 2 ç.q duz, 0,5 ç.q şəkər tozu və 1 ç.q sirkə əlavə edib qapağını qaynar suya salıb bağlayırıq.
Qapağı bağladıqdan sonra hava keçməsin deyə yapışdırıcı ilə üstündən bağlayırıq. Bankaları çalxalayırıq duzu tamam əriyir. Bütün tutma bankalarını qalın ədyalın arasına yığırıq. Soyuduqdan sonra götürürük.
Nuş olsun!