Azərbaycanın milli plov (aş) növlərindən biridir.
Ərzaqlar:
4 st uzun düyü
1 kq sümüksüz suda bişmiş qoyun əti
500 q təmizlənmiş şabalıd
4 ədəd baş soğan
4 x.q əridilmiş kərə yağı
1 st kişmiş
10 ədəd qaysı
10 ədəd albuxara ya da alça turşusu
Limon duzu
Sarıkök ya da zəfəran
Duz
İstiot
Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Şabalıdın qabıqlarını təmizləyirik. Bax: [url=http://resept.az/Sabalidin-temizlenmesi-2818.html]Şabalıdın təmizlənməsi[/url] Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.
Doğranmış soğanı tavaya töküb duz səpib yağ əlavə edib qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq.
Əti yağda qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu və istiot səpib qarışdırırıq.
Ətin üstünə soğanı tökürük.
Soğanın üstünə turşuları qoyuruq və şabalıdı tökürük. Ətin bulyonundan az əlavə edib vam odda bişməyə qoyuruq.
Yuyulub təmizlənmiş kişmiş və qaysını yağda qovururuq.
Düyünü adi qaydada bişirib süzürük. Düyünün üstünə ya zəfəran şirəsi ya da sarıkök tökürük.
Düyünü dəmə qoyanda qazmaq hazırlayırıq. Yumurta ilə qatığı qarışdırıb qazanın dibinə töküb az düyü də töküb bərabər hündürlükdə təxminən 1 sm hündürlükdə yayırıq.
Sonra düyünü tökürük üstünə yağ verib dəmə qoyuruq. Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir üstünə qazmaq qoyulur və yağ tökülür. Yanına bir qabda kişmiş qaysı bir qabda isə ətli şabalıdlı qovurma qoyulur.
Nuş olsun!