Ərzaqlar:

500 q toyuq əti

3 ədəd baş soğan

3 x.q əridilmiş kərə yağı

2 st plovluq bulğur

1/2 ç.q sarıkök

Duz

Istiot

Hazırlanması:

Toyuq ətini təmizləyib yuyub duzlu suda bişiririk.

Soğanı təmizləyib yuyub dörd bölüb nazik doğrayırıq.

Soğanın üstünə duz səpib yağ töküb qızılı rəngdə olanadək qovururuq. Sarıkök tökürük.

Bişmiş toyuq ətini sudan çıxarıb qovrulmuş soğanın üstünə töküb qızardırıq. Toyuq ətlərinin hər tərəfi qızardıqda yeməyimiz hazır olacaq.

Bulğuru təmizləyib yuyub qazana tökürük. Üstünə 4 st su, 2 x.q yağ və zövqə görə duz (2 ç.q)əlavə edib normal odda bişməyə qoyuruq.

Suyu az qalanda vam odda bişiririk. Su tamam çəkildikdə plovu dəmə qoyduğumuz kimi qazanın altına tava ya da dəmir qoyub 15-20 dəqiqə dəm almağa qoyuruq.

Yeməyi süfrəyə verdikdə bulğuru qaba təpəçik şəklində yığıb üstünə soğanlı toyuq ətini düzürük və yağı tökürük.

Nuş olsun!

Comments

comments