Ərzaqlar:
5 x.q qarğıdalı un
5 x.q əridilmiş kərə yağı
4-5 x.q şəkər tozu
Ç.q ucunda duz
1/2 ç.q darçın
3 st qaynadılmış soyuq su
Hazırlanması:
Bir qazana qarğıdalı unu,yağ, şəkər tozu, su, duz töküb qarışdırırıq.
Qazanı qazın üstünə qoyub ara vermədən qarışdırırıq.
Kütlə qaynadıqca qatılaşmağa başlayacaq. Qatılaşdıqdan sonra da 3-5 dəqiqə bişirib götürürük.
İsti-isti balaca kasalara tökürük.Üstünə zövqə görə darçın səpib süfrəyə veririk. Tərək adətən soyuq olanda yeyilir.
Nuş olsun!