Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:1 kq toyuq əti, 3 st uzun düyü, 3-4 x.q əridilmiş kərə yağı, duz, istiot, zəfəran

Qazmaq üçün:

3 x.q qatıq, 1 yumurta

Hazırlanması:

Zəfəranə dəmə qoyuruq. Toyuq ətini təmizləyib yuduqdan sonra duz və istiot vurub yağda qızardırıq.Adi qaydada düyünü bişirib süzürük. Zəfəran şirəsi vururuq.Qazanın içində yağı əridib qızdırdıqdan sonra düyü, qatıq və yumurtanı qarışdırıb qazanın dibinə qalınlığı 1 sm olmaqla yayırıq.Qazmağın üstünə düyüdən az tökürük.Sonra üstünə qızartığımız toyuq ətini yerləşdiririk.Qalan düyünü də üstünə töküb yağ əlavə edib aşı 1 saat dəm almağa qoyuruq.Plovu süfrəyə verdikdə düyünü qaba çəkib üstünə qazmaq və toyuq əti qoyub yağ tökürük.

Nuş olsun!

ter cilov plov nece hazirlanir, tercilov plovun resepti

Comments

comments