Azərbaycanın milli plov (aş) növlərindən biridir.
Ərzaqlar:
5 st uzun düyü
1 kq sümüksüz suda bişmiş qoyun əti
3 ədəd baş soğan
1 böyük dəstə şüyüd
3 x.q əridilmiş kərə yağı
7-8 ədəd sarı alça turşusu ya da albuxara
1 x.q zəfəran
Duz
İstiot
Bir çımdik darçın
Qazmaq üçün:
1 yumurta
3 x.q qatıq
Hazırlanması:
Düyünü qabaqcadan 5-6 dəfə yuyub suya qoyuruq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.
Soğanın qabığını soyub yuduqdan sonra doğrayıb yağ duz əlavə edib, qızılı rəngdə olana qədər qovururuq.
Sonra əti də əlavə edib, duz, istiot və darçın töküb yağda 5-10 dəqiqə qovururuq.
Alça turşusunu(albuxaranı) yuyub ətin üstünə əlavə edib yenə vam odda 5-6 dəq qovurub götürürük.
Kişmişi təmizləyib yuduqdan sonra üstünə yağ əlavə edib az qovururuq.
Şüyüdü təmizləyib yuyuruq və xırda doğrayırıq.
Qatıq ilə yumurtanı qarışdırırıq.
Düyünü adi qaydada bütün plovlarda olduğu kimi bişirib süzməyə 5-6 dəqiqə qalmış doğradığımız şüyüdü düyünün suyuna əlavə edib qarışdırıb süzürük. Süzdükdən sonra üstünə zəfəran tökürük.
Qazana az yağ əlavə edib əritdikdən sonra qatıq ilə yumurta qarışığını və az düyü əlavə edib qarışdırıb 1 sm qalınlıqda yayırıq.
Üstünə az düyüdən töküb sonra əti tökürük.
Ətin üstünə də yağda qovurduğumuz kişmişi tökürük.
Qalan düyünü üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq. (İstəsəniz ət ilə kişmişin üstünə nimçə qoyub düyünü tökə bilərsiniz) Aş vam odda 1 saata dəm alacaq.
Təpəcik şəklində çəkilmiş düyünün üstünə qaynar yağ töküb ortasına ət ilə kişmiş qoyub yanlarına qazmaq düzürük.
Nuş olsun!