Ərzaqlar:
1 st bulğur
4 st süd
3 st su
5 x.q şəkər tozu
Bir çimdik duz
2 x.q kərə yağı
Hazırlanması:
Bulğuru təmizləyib yuyub, üstünə suyu töküb bişməyə qoyuruq. Bir çimdik duz da əlavə edirik. Normal odda bişiririk. Arada 2-3 dəfə qarışdırırıq.
Suyu çəkildikdə südü əlavə edib qarışdırırıq.
15 dəqiqqə, yəni tam bişənə qədər qaynadırıq. Arada qarışdırmaq lazımdır. Hazır olmağına az qalmış yağı və şəkər tozunu əlavə edib, qarışdırıb, 5 dəqiqə kimi bişirib götürürk.
Süfrəyə verdikdə zövqə görə üstünə az miqdarda kərə yağı tökə bilərsiniz.
Nuş olsun!