(Azərbaycanın südlü aş növlərindən biri)
Ərzaqlar:
1,5 l süd
3 st düyü
3 x.q əridilmiş kərə yağı
100-150 q xurma
100-150 q kişmiş
2 -3 x.q şəkər tozu
Zəfəran ya da sarıkök
Təxminən dolu 1 ç.q duz
Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Əvvəlcə düyünü 4-5 dəfə yuduqdan sonra suda 1-2 saatlıq islağa qoyuruq.
Süd qaynayanda duz əlavə edib düyünü tökürük. Adi qaydada bişməyə az qalmış şəkər tozunu əlavə edirik. (Əgər zəfəranı töksəniz zəfəran suyunu da əlavə edirsiniz.)
Süzüb düyünün üstünə sarıkök səpirik.
Qazanın içinə az yağ töküb əridirik. Qazmağı hazırlayırıq. Qazanın dibinə az düyü töküb yumurta ilə qatığı qarışdırıb əlavə edib 1 sm qalınlıqda yayırıq.
Qalan düyünü qazmağın üstünə töküb yağ əlavə edib dəm almağa qoyuruq. Aş 1 saata dəm alacaq.
Kişmiş ilə xurmanı təmizləyib yuyuruq. Üstünə az yağ əlavə edib bişiririk.
Aşı qaba çəkib yağ töküb üstünü kişmiş və xurma ilə bəzəyirik.
Bu aşı zövqə görə şəkər tozu, əncir mürəbbəsi, bal və s yeyirlər.
Nuş olsun!