
Türk mətbəxi
Ərzaqlar:

1 st plovluq [url=http://resept.az/Bulgur-Haqqinda-7790.html]bulğur[/url]
1/2 st tel şəhriyyə (xırda vermişel)
2,5 st su
2 x.q əridilmiş kərə yağı
Duz
Hazırlanması:
Bulğuru təmizləyib yuyub süzüyməyə qoyuruq.
Qazana yağı tökürük.İstinən kimi şəhriyyəni yağa əlavə edib qızılı rəngdə olanadək qovururuq.


Şəhriyyə qovrulan kimi üstünə bulğuru əlavə edib 2-3 dəqiqə qovurub suyunu və duzunu töküb qarışdırırıq.


Normal odda bişirdikdən sonra (arada qarışdırırıq) vam odda 10-15 dəqiqə dəm almağa qoyuruq.Yaxşı olar ki, qazanın altına dəmir parçası qoyasınız.

Plov dəm aldıqdan sonra plovu istədiyiniz xuruşlarla süfrəyə verə bilərsiniz.


Nuş olsun!






























