Azərbaycanın milli plov (aş) növlərindən biridir.
Ərzaqlar:
5 st uzun düyü, 500-600 q qoyun əti, 3 dəstə kəvər, 1 dəstə ispanaq, 1 dəstə quzu qulağı,1 göy soğan,1 dəstə keşniş, 1 dəstə şüyüd, 2 ədəd baş soğan, 4-5 x.q əridilmiş kərə yağı, 7-8 ədəd albuxara, 1 x.q zəfəran, Ç.q ucunda limon duzu, duz, istiot
Qazmaq üçün:
1 ədəd yumurta, 3 x.q qatıq
Hazırlanması:
Əvvəlcə duyunu 4-5 dəfə yuyub suya qoyuruq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.Qoyun ətini balaça hisələrə bölüb yuyuruq. Əvvəlcə suyunu qaynadıb kəfini yığırıq sonra hazır olanadək bişiririk. Bişməyə az qalmış duz tökürük.Bişmiş əti yağda qovururuq.Soğanın qabığını təmizləyib yuduqdan sonra dörd yerə bölüb nazik doğrayırıq.Soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.Qovrulmuş soğanı qovrulmuş ət ilə qarışdırıb 2-3 dəqiqə qovurub limon duzu və istiot vururuq. Albuxaranı yuyub əlavə edirik. Dəmlədiyimiz zəfəran şirəsindən tökürük.Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayıb qovurmanın üstünə əlavə edirik. Ətin bulyonundan 1/2 st yeməyə əlavə edirik. Göyərtinin özünün də suyu çıxacaq.Vam odda 20-25 dəqiqə bişiririk. Bişməyə az qalmış bir daha duzuna baxıb yeməyimizi odun üstündən götürürük.Adi qaydada düyünü yarım hazır vəziyyətdə duzlu suda bişirib aşsüzəndə süzürük. Düyünün üstünə dəmlədiyimiz zəfəran şirəsindən tökürük.Qazanın dibinə az yağ töküb əridirik.Qatığı yumurta ilə qarışdırıb qazanın dibinə az düyü töküb onun üstünə tökürük.Düyü ilə qatıq qarışığını qazanın dibinə 1 sm hündürlükdə bərabər yayırıq.Qalan düyünü qazmağın üstünə töküb üstünə yağ əlavə edib dəm almağa qoyuruq. Qazanın qapağına dəsmal qoyuruq aş dəm alanda suyu içinə tökülməsin. Plov 1 saata dəm alacaq.Plov hazır olanda düyünü qaba təpəcik şəklində yığıb üstünə qazmaq qoyub qaynar yağ tökürük. Səbzi qovurmasını başqa boşqaba yığıb düyünün yanında süfrəyə veririk.
Nuş olsun!
sebzi plov nece hazirlanir, səbzi, səbzi plov hazırlamaq, səbzi plovu necə hazırlayırlar