Hazırlanması:
Tərkibindəkilər: 7 stəkan düyü, 5 baş soğan, 2 toyuq (tikələrə doğranmış),
1. Soğanın üstünə duzu tökürsən, acı suyunu çıxardıb, duz-istiot, sıxılmış soğanı, və alça şərabını toyuğa qatıb bir-iki saat saxlayırsan.
2. Düyünü yarım saat islağa qoyduqdan sonra qaynamış suya duz atıb düyünü ora tökürsən. Düyü bişənə yaxın süzürsən. Dəmlənmiş zəfəranı süzümüş düyünün üstünə tökürsən.
3. Qazanın dibinə Atena yağından atıb əridirsən. Düyüdən biraz tökərək Atena xamasından və qatığından qaynar yağa əlavə edirsən, üstünə bir yumurta sındırırsan. Sonra qazmaq qazanın dibini tutsun deyə qarışdıraraq qazanın dibinə yayırsan.
4. Süzülmüş düyüdən biraz tökdükdən sonra cavan toyuqları düyünün üstünə sıx yığırsan. Şabalıdı cunaya bükərək toyuğun yanından qazana qoyursan və üstünə düyünün qalanını əlavə edirsən. Üstünə yarım stəkan ərinmiş Atena yağı əlavə edirsən.
5. Qazanın qapağına dəsmal büküb əlavə bir tavanın üstündə 2 saat dəmə qoyursan. Bir saatı yuxarı tempdə, sonrakı bir saatı aşağı tempdə qazda qalmalıdır.
6. Kişmiş, qayısı və turşunu ayrıca bişirmək olar.
7. Nardança ilə süfrəyə verilir.
Nuş olsun!