Salfet qatlama sizin nahar ziyafətlərinizə frəqlilik qatacaq.  Aşağıda 11 salfet şəkli və onların necə düzəldilməsi barədə təlimatlar var.

1) Fransız qırçını


1. Salfeti 4 qatlayın.
2. Salfetin birinci qatını özünüzdən mərkəzə tərəf burun.
3. İkinci qatı özünüzə tərəf qatlayın və birincinin altına salın. Burmayın.
4. Salfetin burulmuş hissəsi ilə açıq qalan hissəsi eyni olmalıdır.
5. Salfetin kənardakı növbəti qatını qatlayın və ikincinin altına salın, digər iki qatlar qədər eni qalsın.
6. Sağ və sol kənarları mərkəzə tərəf içəri qatlayın.
2)  Şam


1. Salfeti diaqonal şəkildə qatlayaraq üçbucaq əmələ gətirin.
2. Hər tərəfdən salfetin 14-ini qatlayaraq manjetləyin
3. Salfeti çevirin. Ehtiyatla soldan sağa burun.
4. Qalan küncü manjetin içinə salın ki salfet dik dayansın.
5. Salfetin ən hündür hissəsi özünüzə tərəf masaya yerləşdirin.

3) Tac


1. Salfeti diaqonal şəkildə ortadan qatlayıb üçbucaq əmələ gətirin.
2. Sol və sağ üçbucaqları yuxarıya doğru qatlayaraq kub əmələ gətirin.
3. Brilyant şəklinə salmaq üçün salfeti çevirin. Aşağı hissənin 23-ünü yuxarı hissəyə tərəf qatlayın
və aşağı hissəni yenidən əsas xəttə doğru qatlayın.
4. Salfeti çevirin və ucqar kənarları bir-birinin içinə salaraq dairəvi şəklə salın.
5. Salfeti düz tutun və tac əmələ gətirmək üçün iki yuxarı ucu meylləndirin.

4) Qədəhdə yelpik

1. Salfeti kənarları aşağıda olmaq surətilə ikiyə qatlayın
2. Sağdan sola qarmon şəklində qatlayın.
3. Aşağı hissəsinin 13-ini qatlayın.
4. Qədəhin içinə salın və yelpik əmələ gətirmək üçün qatları aralayın.

5) Zirvə

1. Salfeti sonuna doğru kvadratlar şəklində qatlayın.
2. Sağ və sol kənarları özünüzə  tərəf alta qatlayın və salfetin yuxarısında üçbucaq əmələ gətirin.
3. Sağ və sol ucları üçbucağın alt uclarının içinə tərəf burun.
4. Üçbucaq tərəfi yuxarı və açıq kənarı sizə tərəf olacaq şəkildə qatı çevirin.

6) Alov

1. Hamar salfetin 4 küncünü də mərkəzə doğru qatlayın
2. Aşağıdakı yarı hissəni yuxarıdakı yarı hissənin altına salın
3. Sağ yarı hissəni sol yarı hissənin üstünə qatlayın.
4. Brilyant şəklinə salmaq üçün, salfeti saat istiqamətində çevirin.
5. Yuxarıdakı qatı mərkəzə doğru buraraq bant əmələ gətirin.
6. İkinci bantı əmələ gətirmək üçün ikinci qatı çevirin.
7. Sağ və sol kənarları alta qatlayın.
7) Üçqat

1. Salfeti  diaqonal şəkildə yarıya qatlayaraq uzun hissəsi özünüzə tərəf olan üçbucaq əmələ gətirin.
2. Üçbucağın kənar sol və sağ künclərini özünüzə tərəf, aşağı hissəyə qatlayın.
3. Salfeti yarıya qatlayaraq aşağı hissəsini alta gətirərək yuxarı hissəsi ilə birləşdirin.
4. Salfeti iki kənarı üstündə masaya yerləşdirin.
8) Opera yelpiyi

1. Salfeti yarıya qatlayın
2. Eninə qarmon şəklində qatlayın və sonuncu 10 santimetri qatlamayın.
3. Qatlar kənara olmaq surətilə qarmonu yarıya qatlayın; qatlanmamış 10 santimetr ortadan çıxacaq.
4. Qatlanmamış hissəni salfetin aşağı hissəsinə doğru qatlayaraq qatları yelpik şəklinə salın.
9) Cənnət quşları

Salfeti 4 kənarı da özünüzə tərəf 4-ə qatlayın.
Kənarları yuxarı qatlayaraq üçbucaq əmələ gətirin.
Üçbucağın sol və sağ hissələrini mərkəzə doğru qatlayın və sonar artıq qalan hissələri alta qatlayın.  Salfetin ortasını qaldırın və aşağısını tutun – salfetin 4 kənarını ortadan çıxararaq çiçək şəklinə salın.
10) Kardinal Papağı


Salfeti diaqonal şəkildə qatlayaraq üçbucaq şəklinə salın.
Sol və sağ küncləri yuxarı qatlayın.
Salfeti elə çevirin ki qatlanan yerləri görünməsin.
Üçbucağın aşağıdakı ucunu yuxarı qatlayın və yarıya qatlayın.
Sağ hissəsini sol hissəsinin üzərinə qatlayaraq dairə əmələ gətirin.
Üçbucağın bir ucunu o birinin içinə salın.
Kardinal Papağını dik şəkildə masaya yerlşdirin və uclarını yüngülcə aralayın.
11) Qızılgül

Yastı salfetin hər 4 küncünü mərkəzə doğru qatlayın: sonra yenə hər ucunu mərkəzə doğru qatlayın.
Salfeti çevirin və salfetin 4 ucunu yenidən mərkəzə doğru qatlayın və bütün qatları möhkəm sıxın.
Salfeti çevirilin və brilyant şəklinə salın. Bir əlinizlə salfetin qabaq orta hissəsindəki 2 ucu tutun, digər əlinizlə isə həmin ucun altındakı qatı açıb çıxarın.
Bütün digər ucları da beləcə açın.
Orta hissədəki ucları tutaraq, ləşəklərin ortasından əlavə ucları da çıxarın.

Comments

comments