Ərzaqlar:

4 ədəd badımcan

2 ədəd yerkökü

100 q qoz

Bir balaca dəstə keşniş

Duz

Istiot

Badımcanı qızartmaq üçün duru yağ

Hazırlanması:

Badımcanın ara-ara qabığını soyub uzununa doğrayıb duzlayıb 15-20 dəqiqə saxlayırıq. Sonra sıxıb acı suyunu çıxardıqdan sonra yuyuruq və sıxıb az duzlayıb tavada duru yağda ocaqda hər iki üzünü qızardırıq.

Yerkökünü və sarımsağı təmizləyib yuyub sürtgəcdən keçiririk.

Sonra tavada yağda 5-10 dəqiqə qovururuq.

Təmizlənib yuyulmuş keşniş ilə qozu xırda doğrayırıq.

Kökü, qozu və keşnişi bir qaba töküb qarışdırırıq.Üstünə duz və istiotu əlavə edib yaxşı qarışdırırıq.

Badımcanın bir layını götürüb bir tərəfdən 1 ç.q qarışıqdan qoyub bükürük.


Hamsını bu şəkildə büküb qaba yığırıq. Üstünə qoz yonqarı səpib çöp taxırıq.


Nuş olsun!

Comments

comments