Ərzaqlar:

8 ədəd yumurta, 50 q kərə yağı, 150 q qoz ləpəsi, 1 dəstə ispanaq, 1 dəstə quzuqulağı, 1 dəstə keşniş, 1 dəstə şüyüd, 1 dəstə nanə, 1 dəstə göy soğan, duz, istiot

Hazırlanması:

Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.Qoz ləpəsini bıçaqla xırda doğrayırıq.Yumurtanın üstünə duz və istiot töküb çalırıq.Əvvəlcə doğranmış göyərti ilə qozu qarışdırırıq.Sonra üstünə çalınmış yumurtanı əlavə edib yaxşı qarışdırırıq.Soba qabına yağı töküb qızdırırıq.Yağ əriyən kimi qabı çıxarıb qarışığı qaba töküb yayırıq.180-200 dərəcə qızdırılmış sobada yumurta bişənədək bişiririk.Hazır olanda zövqə görə romb şəklində doğrayıb qoz ləpəsi ilə bəzəyib süfrəyə veririk. Hazır qozlu kükünü süfrəyə soyuq ya da isti halda vermək olar.

Nuş olsun!

kükü, qozlu kükü, qoz küküsü,

Comments

comments