Ərzaqlar:
6 ədəd yumurta
3 ədəd baş soğan
60 q qoz ləpəsi
3 x.q əridilmiş kərə yağı
2 x.q alça turşusu
Duz
Istiot
Hazırlanması:
Qozu qoz çəkən maşından keçiririk. (Zövqə görə qozun ağızda hiss olunmasını istəyirsinizsə yarısını çəkib yarısını isə bıçaqla doğraya bilərsiniz.)
Soğanın qabığını soyub yuduqdan sonra ət maşınından keçirib tənzifdə sıxıb acı suyunu çıxarırıq.
Qozu, turşunu, soğanı, yumurtanı bir qaba tökürük. Üstünə duz və istiot əlavə edib yaxşı çalırıq.
Tavada yağı qızdırıb tökürük.
Hər iki üzünü çevirib bişiririk.
Zövqə görə istəsəniz içinə cəfər doğrayıb tökə bilərsiniz. Hazır kükünü istədiyiniz formada doğrayıb süfrəyə verə bilərsiniz.
Nuş olsun!