Ərzaqlar:

2 st düyü

1 st xırda vermişel(tel şəhriyyə)

250-300 q hazır bişmiş qiymə(soğan, duz və istiot vurulub yağda bişmiş)

3-4 x.q əridilmiş kərə yağı

Duz

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq

Hazırlanması:

Xırda vermeşeli tavada qovururuq.

Düyünün yuyub duzlu suda bişirməyə tökürük.

Düyü az bişdikdən sonra qovrulmuş vermeşeli düyünün üstünə əlavə edib qarışdırırıq.

Hər ikisi bişdikdə aşsüzəndə süzürük. (Düyü çox bişməsin).

Qazanda az yağı qaynar istidib süzülmüş düyü ilə vermişeldən töküb yumurta ilə qatığı çalıb töküb qarışdırırıq. Qarışığı qazanın dibizə 1 st qalınlıqda yayırıq.

Sonra qalan süzülmüş düyünü qazmağın üstünə tökün yağ əlavə edib plovu vam odda dəm almağa qoyuruq.

Plovumuz 1 saata dəm alacaq.

Hazır plovu qaba yığıb üstünə qaynar yağ töküb isti qiyməni töküb qazmaq ilə bəzəyirik.

Nuş olsun!

Comments

comments