Ərzaqlar:

Plov üçün:

4 st uzun düyü

2-3 x.q əridilmiş kərə yağı

Sarıkök ya da zəfəran

Duz

Istiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq

Qiymə çığırtma üçün:

500 q çəkilmiş qoyun ya da mal əti

5 ədəd yumurta

3 ədəd baş soğan

3 x.q əridilmiş kərə yağı

Ç.q ucunda sarıkök (ya da zəfəran)

Duz

Istiot

Hazırlanması:

Düyünü yuyub suda qoyuruq.

Adi qaydada duzlu suda düyünü bişirib süzürük.

Qazana az yağ töküb qızdırırıq.

Üstünə az düyüdən və çalınmış yumurta ilə qatıq qarışığını töküb qarışdırıb qalınlığı 1 sm olmaqla qazanın dibinə yayırıq.

Düyünün yarısını tökürük.Qalan yarısına sarıkök ya da zəfəran şirəsi töküb qazana yığırıq. Yağ əlavə edib aşı 45 dəqiqə -1 saat dəmə qoyuruq.

Qiymə çığırtmanı hazırlamaq üçün: Qiymə çığırtma baxa bilərsiniz.

Plov dəm aldıqda qaba təpəcik şəklində yığıb üstünü qazmaq və qiymə çığırtmanı zövqə görə romb ya da üçkünc kəsib bəzəyib qaynar yağ tökürüb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments