Ərzaqlar:

(28 sm diametri olan qazan üçün)
1 st un
50 q yağ
1 ədəd yumurta
1/3 ç.q duz

Hazırlanması:

Yumşaq kərə yağı ilə unu ovuruq.

Üstünə duz və yumurtanı əlavə edib yumşaq xəmir düzəldirik.


Xəmiri oxlovla 0,3-0,5 sm qalınlıqda yayıb qazana səririk.

Qazanda stəkanın ağzı ilə kəsirik. Başqa firurlarla da kəsmək olar.


Plov dəm aldıqda arada yoxlamaq lazımdır ki, qazmaq yanmasın.
Plov dəm aldıqdan sonra qazmağın üstündən düyünü tamam yığırıq.Sonra qazmaqları ğötürüb plovun üstünə düzürük.


Nuş olsun!

Comments

comments