Ərzaqlar:
1 kq pomidor
4 ədəd baş soğan
6 ədəd yumurta
2 x.q əridilmiş kərə yağı
3-4 x.q zeytun yağı
Duz
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Tavaya soğanı yağı töküb üstünə az duz səpib qızılı rəngdə olanadək qovururuq.
Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.
Doğranmış pomidoru soğanın üstünə tökürük. Suyu çəkilib yağa düşənədək bişiririk.
Yumurtaları sındırıb üstünə duz töküb çalırıq və yeməyin üstünə əlavə edirik.
Yumurtanı tökən kimi qarışdırırıq ki, yumurta hər tərəfində eyni olsun. (Zövqə görə qarışdırmadan da bişirə bilərsiniz.)
Yemək bişib hazır olanda zövqə görə istəsəniz üstünə şüyüd ya da cəfəri xırda doğrayıb tökə bilərsiniz.
Nuş olsun!