Italyan mətbəxi – burada yemək hazırlamaq sadəcə aclığı qarşılamaq üçün deyil, həm də damaq zövqünü qacıqlandıracaq bir sənətdir.
Sirr deyil ki, hər birimiz bəzən sırf xəbərdar olmaq xatirinə belə olsa daim fərqli mətbəxlərə aid reseptləri dadmağa çalışırıq. Bunlardan bəzilərini bir daha sınamayırıq, bəzilərinin isə dadı sözün əsl mənasında damağımızda qalır. Anacaq bəziləri də var ki, onların elə ilk dəfə dadına baxdıqda daha əvvəl bilmədiyiniz, istifadə etmədiyiniz üçün bir xeyli təəssüflənir və bir müddət tez tez istifadə etməyə başlayırsınız. Sanki, əvvəlki illərin əvəzini çıxarsınız. Pesto sousu tam da bu ləzzətlərin başında gəlir. Fərqli dadı və asan hazırlanması Pestonu favoritiniz olması üçün ən iddialı namizəd edir. Klaasik bir İtalyan ləzzətidir Pesto, ağzınıza aldığınız ilk parçada buözünəməxsus narın dadı hiss edirsiniz. Pesto bir makaron sousu kimi bilinsə də, yaradıcılığınıza görə çox yerdə isitifadəyə əlverişlidir. Məsələn, təzə çörəyin üzərinə sürtüb üstünə də pomidor dilimləri və pendir qoyaraq həfis bir sendviç hazırlaya bilərsiniz. Hazırlanması da çox asandır pestonun, beş dəqiqəlik işdir. Üsdəlik reseptinə də sadiq qalmaq məcburiyyətində deyilsiniz. İnqrediyentləri öz zövqünüzə görə artırıb azalda və ya bəzilərini əzəzləyə bilərsiniz. Klassik Pesto zeytun yağı, sarımsaq, reyhan yarpağı, şam fıstığı, duz və parmezanla hazırlanan bir sousdur. Ancaq siz məsələn sarımsağı, zeytun yağınının miqdarını öz damaq dadınıza görə tənzimləyə bilər, şam fıstığı yerinə qoz ləpəsi və ya hər ikisini istifadə edə bilərsiniz.
- 2 normal dəstə ağ reyhan
- 3 diş sarımsak
- 1 armudu stekan zeytun yağı
- 50 gr. şam fıstığı (marketlərdə 25 qr. paket olaraq satılır)
- duz, istiot
- 50 qr. Parmezan pendiri
- Reyhanın yarpaqlarını qoparıb, yuyub, quruduruq.
- Fıstığı isti tavada 1-2 dəqiqə qovururuq.
- Blenderdə əvvəl sarımsaq və fıstıqları doğraylrlq. Üzərinə reyhan yarpağını, zövqə görə düz, istiot, zeytun yağını əlavə edib doğrayırıq və ən son parmezan pendirini əlavə edirik və birlikdə doğrayırıq.
- Sousumuz hazırdır. Şüşə qaba yığıb soyuducuda bir neçə gün saxlaya da bilərsiniz.
Qeyd: duz qaya duzu olursa daha yaxşıdır. istiot isə klassik reseptlərdə yoxdur amma bü gün raslaşdığınız əksər restoranda istifadə edilir.