Ərzaqlar:
4 ədəd badımcan, 100 q sarı bərk pendir, 2 x.q mayonez, 1 diş sarımsaq, 1 balaca dəstə cəfəri, duz, qızartmaq üçün duru yağ
Hazırlanması:
Badımcanın qabığını aralı soyub nazik dilimləyib duzlayıb 20-25 dəqiqə qoyuruq qalır.
Acı suyunu sıxıb yuyub az duzlayırıq. Tavada yağda hər iki üzünü qızardırıq.
Qoyuruq soyuyur.
İçliyi hazırlamaq üçün pendiri sürtgəcin xırda gözündən keçiririk.
Üstünə duz və mayonez töküb qarışdırırıq.
Cəfərini təmizləyib yuyub xırda doğrayıb pendirin üstünə tökürük.
Sonra üstünə duz və mayonez töküb qarışdırırıq.
Badımcanın qızarmış bir dilimini götürüb bir tərəfdən içlikdən 1 ç.q qoyub bükürük.
Bu qayda ilə hamısını hazırlayırıq.Qaba yığıb üstünə cəfəri səpib çöp taxırıq.
Nuş olsun!
Badımcan bükməsi necə hazırlanır, badıncan kanape, badıncan sarması necə hazırlanır