Ərzaqlar:

1,5 st un

2 st kefir

2 ədəd yumurta

1/2 ç.q duz

4 x.q şəkər tozu

1 paket qabartma tozu

Qızartmaq üçün:

Zeytun yağı

Hazırlanması:

Yumurta ilə şəkər tozunu qarışdırırıq.

Duzu əlavə edib kefiri də töküb qarışdırırıq.

Qabartma tozunu və unu da əlavə edib yaxşı qarışdırırıq.

Tavada yağı qızdırıb qarışıqdan bir böyük qaşıq tökürük.

Hər iki üzünü bişiririk.

Bu şəkildə xəmirin hamısını töküb bişiririk.

Zövqə görə istəsəniz bal və ya şokolad yağı ilə yeyə bilərsiniz.

Nuş olsun!

Comments

comments