Türk mətbəxi
Ərzaqlar:
1 st plovluq bulğur
1/2 st bişmiş noxud
1 ədəd baş soğan
1 diş sarımsaq
2 x.q pomidor məti
2 x.q əridilmiş kərə yağı
2 st su
Duz
Hazırlanması:
Bulğuru təmizləyib yuyuruq.
Soğanı və saqımsağı təmizləyib yuyub xırda doğrayırıq.
Qazana doğranmış soğan ilə sarımsağı töküb üstünə yağı əlavə edib qızılı rəngdə olanadək qovururuq. Az duz səpirik.
Qovrulduqdan sonra üstünə pomidor mətini əlavə edib 1-2 dəqiqə də qarışdırırıq.
Qovrulmuş soğan ilə sarımsağın üstünə yuyulmuş bulğuru və noxudu töküb 2-3 dəqiqə qovururuq.
Suyunu və duzunu əlavə edib ocağa bişməyə qoyuruq.
Suyu çəkildikdə plovlarda olduğu kimi 15-20 dəqiqə vam odda dəmə qoyuruq.
Hazır plovu istədiyiniz xuruşlarla süfrəyə verə bilərsiniz.
Nuş olsun!