Ərzaqlar:

3 st uzun düyü

1 st lobya

3 x.q əridilmiş kərə yağı

Duz

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q  qatıq

Üstünə tökmək üçün:

Bəhməz

Şəkər tozu

Hazırlanması:

Lobyanı qabaqcadan 2-3 saat suya qoyub isladirıq. Sonra adi qaydada su toküb tam bişənə qədər qaynadırıq.

Bişmiş lobyanı sudan çıxardıb süzürük.

Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (7 litrlik qazana 3-dolu x.q duz)

Qaynayanda yuyulmuş düyünü toküb bişiririk.

Düyünü tökən kimi qarışdirin ki, bir birinə yapışmasın.

Düyü tam bişməmiş süzmək istəyəndə bişmiş lobyanı qazana əlavə edirik.

Qarışdırıb süzürük.

Qazmağı hazırlayırıq. Qatıq ilə yumurtanı çalırıq.

Qazana az yağ töküb əridirik.

Bişmiş düyü qarışığından az töküb qatıq qarışığı əlavə edib qazanın dibinə yayıb tarazlayırıq.

Qalan düyünü üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq.

Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdır.

Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə qazmaq qoyulur və yağ tökülür.

Yanında isə bəhməz və şəkər tozu verilir.

Nuş olsun!

Comments

comments