Ərzaqlar:
Blinçik üçün:
2,5 st süd
1 st un
2-3 ədəd yumurta
1/2 x.q şəkər tozu
1/4 x. q duz
1 x.q bitki yağı
Qızartmaq üçün:
5-6 x.q b.yağı
Pambıq
İçlik üçün:
200 q kəsmik
1 yumurta
1 x.q şəkər tozu (zövqə görə)
az duz
Qızartmaq üçün:
Bitki yağı
Qeyd: Yuxarıda göstərilən blinçik reseptinə görə 28-30 ədəd blinçik alınır. Bu içliyə görə isə 12-13 blinçiki bükmək olar. İstəsəniz blinçikin reseptini yarı azaldın ya da içliyi iki dəfəyə artıra bilərsiniz.
Hazırlanması:
Blinçiki hazırlamaq üçün bax: [url=http://resept.az/Blincikin-hazirlanmasi-2161.html]Blinçikin hazırlanması[/url]
İçliyi hazırlamaq üçün kəsmiyi çəngəl ilə əzirik yumurta duz və şəkər tozunu töküb qarışdırırıq.
Hazır blinçiklərin birini götürüb içinə 1 x.q dolu içlik qoyub şəkildəki kimi bükürük.
Bükülmüş blinçikləri yağda hər iki üzünü qızardırıq.
Nuş olsun!