Kanape
Ərzaqlar:
Dilimlənmiş çörək
Sarı bərk pendir
Feta pendiri
Xama
Zeytun
Şüyüd
Hazırlanması:
Şüyüdü təmizləyib yuyuruq.
Bir qabda pendir ilə xama və şüyüdü xırda doğrayıb qarışdırırıq. Zövqə görə istəsəniz sarımsaq da əlavə edə bilərsiniz.
Çörəyin yanlarını kəsib balaca dilimlərə bölürük.
Çörəyin üstünə hazırladığımız qarışıqdan çəkirik. Sonra sarı pendiri eyni ölçülü kəsib iki qatlayıb ya da bir qat üstünə qoyuruq. Pendirin üstünə isə zeytun qoyub çubuğu keçirib qaba düzürük.
Kanape (Çerri pomidoru ilə mozarella pendiri)
Ərzaqlar:
Çerri pomidoru
Mazarella pendiri
Reyhan
Hazırlanması:
Pomidoru və reyhanı təmizləyib yuyuruq.
Çubuğa pamidor, reyhan pendir yenə reyhan və pomidor keçirib qaba düzürük.
Kanape (pendir ilə)
Ərzaqlar:
Zeytun
Pendir (zövqə görə istədiyiniz)
Hazırlanması:
Çubuğa pendiri sonra zeytunu keçirib qaba düzürük.
Kanape (pendir ilə üzüm)
Ərzaqlar:
Üzüm
Pendir
Hazırlanması:
Üzümü təmizləyib yuyuruq.
Çubuğa pendiri və üzümü keçirib qaba düzürük.
Kanape (pomidor, xiyar və zeytunlu)
Ərzaqlar:
Çerri pomidoru
Xiyar
Zeytun
Hazırlanması:
Pomidoru və xiyarı təmizləyib yuyuruq. Xiyarı halqa doğrayırıq.
Çubuğa xiyarı, pomidor və zeytunu keçirib qaba düzürük.
Nuş olsun!