Ərzaqlar:


2,5 st kefir
1 st un
2 ədəd yumurta
1 x.q dolu tünd kakao
1 paket vanil
1 x.q duru yağ(qarğıdalı ya da zeytun)
Ç.q ucunda duz
Qızartmaq üçün duru yağ

Hazırlanması:

Əvvəlcə yumurta ilə duzu çalırıq.

Sonra üstünə kefiri, vanili, kakaonu töküb çalıb sonunda unu da əlavə edib yaxşı qarışanadək çalırıq.

Tavanı qızdırıb az yağ çəkib xəmirdən 1 balaca çömçə tökürük.
Hər iki tərəfini bişiririk.


Bu qayda ilə bütün xəmiri töküb bişiririk.
İsti –isti süfrəyə veririk. Yanında şəkər tozu verə bilərsiniz.

Nuş olsun!

Comments

comments