Ərzaqlar:
1 ədəd cücə
4 st düyü
4-5 x.q əridilmiş kərə yağı
100 q qaysı
100 q kişmiş
100 q zoğal qurusu ya da təzəsi
100 q badam ləpəsi
Duz
Istiot
Zəfəran
Qazmaq üçün 3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Cücəni təmizləyib yuyub düzlu suda bişiririk.
Badamın qabığını təmizləyib tavaya az yağ töküb qovurub üstünə yuyulub təmizlənmiş kişmişi və qaysını tökürük(qaysını doğrayırıq)
Zoğalı da əlavə edib qovurub götürürük. Zəfəranı dəmləyirik.
Hazırladığımız içliyi bişmiş cücənin içinə yığırıq. Üstünə duz istiot və zəfəran suyu vururuq.
Düyünü yuyun islaqda saxlayıb duzlu suda bişrib süzürük.
Qazana az yağ töküb istidirik.Sonra düyüdən 5-6 qaşığ töküb qatıq ilə yumurtanı çalıb bu düyünün üstünə töküb qarışdırırıq. Qarışığı qazanln dıbınə qalınlığı 1 sm olmaqla yayırıq.
Qazmağın üstünə az düyüdən töküb içi doldurulmuş cücəni qoyuruq.
İçlikdən qalanını cücənin yanına tökürük.
Qalan düyünü cücənin üstünə töküb yağ əlavə edib plovu dəm almağa qoyuruq.
Plov 1 saata dəm alacaq.
Bişmiş plovun düyüsünü qaba yığıb cücəni ortasına qoyub yanını qazmaqla bəzəyib qaynar yağ töküb süfrəyə veririk.
Nuş olsun!