Ərzaqlar:

1 kq heyva

1 kq şəkər tozu

1,5 st su

Hazırlanması:

Heyvanı təmizləyib yuyub doğrayırıq. Doğranmış heyvalarıtəmiz yuyub üstünə qaynar su töküb 5 dəqiqə saxlayırıq. Bu vaxt bütün heyvaları suya salırıq ki, qarası getsin ağarsın.

Su ilə şəkər tozunu qarışdırıb qazın üstünə qoyuruq.

Şəkər əriməyə başlayanda heyvanı sudan çıxarıb tökürük. Astaca qarışdırırıq.

Bütün meyvə və giləmeyvələrdən fərqli olaraq heyvanın kəfi çıxmır. Mürəbbəni asta qarışdırırıq ki, hər tərəfi eyni bişsin. Qaşığı qaldırıb suyu az ağırlaşmaq istəyəndə götürürük.

Heyva mürəbbəmiz hazırdı.

Mürəbbə soyuduqdan sonra bankalara yığırıq.

Nuş olsun!

Comments

comments