Heyva soyuqdəyməyə qarşı yaxşı müalicə vasitəsidir. O, büzüşdürücülük, ümumi möhkəmlik, ödqovucu, sidik qovucu, öskürək kəsici, həm də mədə xorasına qarşı antibakterial və antiseptik xüsusiyyətə malikdir. Müalicə vasitəsi kimi heyvanın meyvələri, yarpağı və toxumları istifadə edilir.

Toxumlarından bəlğəmgətirici, öskürək kəsici, mədə-bağırsaq xəstəlikləri zamanı sakitləşdirici və yumuşaldıcı vasitə kimi istifadə edilir. Uşaqlarda ishal xəstəliyi zamanı heyva toxumlarından hazırlanmış sulu məhlul yaxşı nəticə verir.

Toxum həlimi yaxşı kosmetik vasitədir. O, dərini yumŞaldır, həmçinin göz xəstəlikləri zamanı kompres, boğaz ağrıları zamanı qarqara kimi istifadə edilir.
Meyvələri, həmçinin onların cövhəri və ekstraktı qanazlığını aradan qaldırır, ürək döyüntülərini sakitləŞdirir, ümumi zəifliyi aradan qaldırır.

Təzə meyvələr vərəm və bronxial astma xəstəliyi üçün faydalıdır. Heyva meyvələrindən alınmış həlim mədə (qastrit) və bağırsaq (ishal) pozuntuları zamanı yaxşı Müalicə vasitəsi hesab edilir.

Heyvanın ətri çox ürəkaçandır. O, əhval-ruhiyyəni yaxşılaşdırır, sıxıntıları aradan götürür. Hamilə qadınlara heyva yemək daha çox faydalıdır. Peyğəmbər (s) buyurur: "Heyva yeyin və başqalarına hədiyyə edin. Ona görə ki, gözü işıqlandırır, məhəbbəti qəlbə daxil edir və onu hamilə qadınlar yedikdə, uşaq gözəl olur".

Mənbə: www.e-eye.az

Comments

comments