
Ərzaqlar:

10 ədəd balaca yuxa
2 ədəd pomidor
4 ədəd sosiska
100 q pendir
1 diş sarımsaq
Duz
Qızartmağa bitki yağı
Hazırlanması:
Sosiskanı nazik halqa doğrayırıq.

Pendiri sürtgəcdən keçiririk.

Sarımsağı xırda doğrayırıq.

Pomidorun qabığını soyub xırda doğrayırıq.

Ərzaqların hamısını qarışdırıb, duzlayırıq.

Yuxanı səririk.

Yuxanın bir kənarından 1 dolu xörək qaşığı iç qoyub bükürük.


Tavada bitki yağında hər iki üzünü qızardırıq.

Nuş olsun!




























