Ərzaqlar:
20 ədəd balaca hazır yuxa
400 q pəhriz kəsmiyi
2 dəstə göyərti (göy söğan, keşniş, şüyüd, cəfəri, nanə hərəsindən bir az)
2 ç.q sumax
Duz
Qızartmağa bitki yağı
Hazırlanması:
Göyərtini xırda doğrayırıq.
Yuxanı səririk. Əvvəlcə yuxanın ortasına 1 dolu çay qaşığı kəsmik qoyub yayırıq.
Sumaq səpirik.
Üstünə göyərti töküb, duz səpirik.
Dörd bir tərəfini qatlayırıq.
Tavada bitki yağında hər iki üzünü qızardırıq.
Nuş olsun!