Ərzaqlar:
2 ədəd gül kələmi, 1 ədəd acı bibər, 1 baş sarımsaq, 3-4 baş şüyüd qurusu, 1 x.q kərəviz qurusu, 1 ç.q reyhan qurusu, duz
Hazırlanması:
Gül kələmini balaca hissələrə ayırıb, təmiz yuyuruq.
Qazanda su qoyub, qaynadırıq. Qaynayan suya gül kələmini salıb, 5-10 dəqiqə saxlayırıq.
Sudan çıxarıb, qaba yığırıq, soyuruq.
Banka ya da tuj qazan götürüb, bütün ərzaqları qat-qat yığırıq.
1l bankaya 3 x.q duz töküb, qarışdırırıq. Sonra duzlu suyu gül kələminin üstünə tökürük. Gül kələminin üzünə çıxana qədər duzlu su hazırlayıb, əlavə edirik.
Təxminən 2-3 həftəyə yeyilməli olur.
Nuş olsun!
Gül kələmi turşusu necə olur, gul kelemi tursusu hazirlanmasi