Ərzaqlar:
6 ədəd yumurta
2 x.q əridilmiş kərə yağı
Balaca dəstə(keşniş, şüyüd, göy soğan və nanə)
Duz
Istiot
Hazırlanması:
Yumurtanı suda bişirib təmizləyib sürtgəcin böyük gözündən keçiririk.
Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.
Yumurta ilə göyərtini qarışdırıb üstünə zövqə görə duz və istiot səpirik.
Sonra üstünə əridilmiş qaynar yağı töküb qarışdırıb süfrəyə veririk.
Nuş olsun!