Ərzaqlar:

1 st buğda nişastası

2/3 st şəkər tozu

4 st süd

2/3 st su

2 x.q gülab

Hazırlanması:

Südü qazana töküb istidirik.

Soyuq qaynamış su ilə nişastanı yaxşı qarışdırırıq.

Qazın üstündə qazanda qaynayan südə su ilə nişasta qarışığını tökə-tökə tez-tez qarışdırırıq ki topaclanmasın.

Sonra şəkər tozunu əlavə edirik. Kütlə qatılaşacaq. Qatılaşanda da 5-10 dəqiqə bişirib götürürük.Hazır olmağa az qalmış gülabı tökürük.2-3 dəqiqə də qarışdırıb götürürük.

İsti-isti balaca kasalara tökürük. Faldanı həm isti həm də soyuq yeyə bilərsiniz.

Nuş olsun!

Comments

comments