Ərzaqlar:

500 q toyuq əti (ya da mal və ya qoyun əti)

2 st düyü

3 baş soğan

4 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Əriştə üçün:

1 st un

1/4 ç.q duz

1/4 st ilıq su

1/2 ədəd və ya 1 ədəd balaca yumurta

Hazırlanması:

Əriştəni hazırlamaq üçün; [url=http://resept.az/Eriste-xemiri-7765.html]Əriştə xəmiri[/url] baxa bilərsiniz.

Qurudulmuş əriştəni yağsız tavada qovururuq.

Soğanın qabığını soyub dörd bölüb nazik doğrayırıq.

Soğanı tavaya töküd yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Toyuq ətini yuyub təmizləyib üstünə duz və istiot töküb qarışdırırıq.

Başqa tavaya yağ töküb qızdırıb toyuq ətini qızardırıq.

Qızarmış toyuq ətini qovrulmuş ssoğanın üstünə töküb qarışdırırıq. 10-15 dəqiqə vam odda bişiririk. Zövqə görə duz və istiotuna bir daha baxırıq.

Düyünü yuyub suda islağa qoyduqdan sonra qaynayan duzlu suya tökürük.

Düyü az bişən kimi qovrulmuş əriştəni əlavə edirik.

Əriştə ilə düyü bişdikdə süzürük. (Əriştə ilə düyünü elə bişirmək lazımdır ki nə tez olmasın nə də çox bişməsin)

Qazana az yağ töküb qızdırırıq. Sonra süzülmüş düyü ilə əriştəni tökürük. Üstünə yağ da əlavə edib plovu 50 dəqiqə ya 1 saat dəm almağa qoyuruq. (İstəsəniz plovun dibinə lavaşdan qazmaq edə bilərsiniz)

Dəm almış plovu qaba çəkib üstünə toyuq qızartmasını yığırıq. Qaynar əridilmiş yağ töküb süfrəyə veririk.

Qeyd: Əriştə əvəzinə xırda vermeşel(şəhriyyədən) istifadə edə bilərsiniz. Vermeşeli qovurub sonra düyü ilə eyni qaydada bişirə bilərsiniz. (1 st xırda vermeşelə 2 st düyü götürülür)

Nuş olsun!

Comments

comments