Ərzaqlar:
2 kq əncir
2 kq şəkər tozu
2 stəkan su
Hazırlanması:
Ənciri yuyuruq.
Sonra bıçaqla qabığını soyuruq. Çəngəl ilə 2-3 yerdən deşirik.
Mürəbbəni bişirəcəyimiz qaba şəkər tozu ilə suyu töküb əridirik.
Sonra əncirləri bura əlavə edib qarışdırırıq.
Qaynamağa başlayanda 3-5 dəqiqə qaynadıb kənara qoyuruq.
1 saat qalır.
Sonra yenidən normal odda qarışdıra-qarışdıra bişiririk. Kəfini yığırıq.
Suyu qatılaşmağa başlayanda götürürük. Qaşığı qaldıranda damcı ağırlaşıb bir damcı ikiyə keçmək istəyəndə götürürük.
Qabda tamam soyuduqdan sonra bankalara yığırıq.
Nuş olsun!