Ərzaqlar:

500 q qoyun əti

3 st uzun düyü

3 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

Duz

Hazırlanması:

Düyünü 4-5 dəfə yuyub ilıq suda qoyuruq.

Sümüksüz qoyun ətini tikələrə bölüb yuyub suda bişməyə qoyuruq.

Qaynayan kimi kəfini yığırıq. Sonra normal odda yarım hazır vəziyyətdə olana qədər bişiririk. Bişməyə 10-15 dəqiqə qalmış duz tökürük.

Əti sudan çıxardırıq. Bulyonu süzgəcdən süzüb götürürük.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq.

Bulyonu qaynamağa qoyuruq. Qaynamağa başlayanda təxmini olaraq 1 l bulyona düyünü töküb qarışdırırıq.

Normal odda düyü bişməyə az qalmış (digər aşları bişirdikdə düyünü ki necə götürürük. O vəziyyətdə olanda) üstünə əti, qovurduğumuz soğanı və duzu töküb qarışdırırıq. Suyu tamam çəkiləcək.

Aşımız hazırdır.

Aşı süfrəyə berdikdə böyük nimçəyə çəkib üstünə qaynar yağ tökürük.

Nuş olsun!

Comments

comments