Bananın tərkibində çoxlu karbol olduğundan adamı tez doyuzdurur. Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Buna görə də bir çox idmançılar, xüsusən də tennisçilər yarışdan öncə və sonra banan yeyirlər. Banan mədəsində yara olanlara çox faydalıdır. Alimlər iddia edirlər ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir.
Hipertoniklər gündə 1-2 ədəd banan yeməklə təzyiqlərini 10% endirə və bununla da insult riskini azalda bilərlər. Gündə 5 ədəd banan yemək isə qan təzyiqini endirmək üçün lazım olan dərmanları iki dəfə azaldar.
Mənbə: www.e-eye.az