Ərzaqlar:

3 st uzun düyü

500 q qoyun əti

500 q balqabaq

3 ədəd baş soğan

1 ədəd nar

3-4 x.q əridilmiş kərə yağı

1 x.q zəfəran

Duz

Istiot

Hazırlanması:

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Soğanı doğrayıb duz və yağ töküb qızılı rəngdə olana qədər qovururuq.

Soğanı qovurduqdan sonra xırda doğranılıb suda bişmiş qoyun ətini  üstünə əlavə edib 5 dəqiqə qovururuq.

Balqabağın qabığını soyub yuduqdan sonra sürtgəcin böyük gözündən keçiririk.

Balqabağı ət ilə soğan qovurmasına əlavə edirik.

Narı dənələyirik.

Qarışığı 5-10 dəqiqə qovurduqdan sonra dənələnmiş narı üstünə əlavə edirik

15-20 dəqiqə vam odda yaxşı qovururuq. Tamam yağa düşür.

Adi qaydada düyünü qaynadıb süzürük. Süzülmüş düyünün üstünə zəfəran şirəsi tökürük.

Qazanın dibinə az yağ töküb əridirik.

Düyünün yarısını tökürük və az yağlayırıq.

Hazırladığımız balqabaq qovurmasını düyünün üstünə yayırıq.

Qalan düyünü də üstünə yöküb yağ töküb aşı dəm almağa qoyuruq.

Aş 1 saat dəmdə qalmalıdır. Sonra aşımız hazırdı.

Qaba düyünü təpəcik şəklində yığıb üstünə balqabaq qovurması qoyub qaynar yağ verib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments