Bazar günləri, vaxt məhdudiyyəti olmadan rahat rahat səhər süfrəsini açanda süfrəyə bir də əlavə fərqli təam hazırlamağı artıq bir ənənəyə çevimişəm. Adətən bunlar hem tez hazırlana
bilən və həm də aradabir hazırlamadığım reseptlər olur ki, beləcə həm süfrəyə fərqliliq həm söhbətə dad qatır. Bugün bunlardan birisi – Pankek haqqında bölüşmək istəyirəm.
bilən və həm də aradabir hazırlamadığım reseptlər olur ki, beləcə həm süfrəyə fərqliliq həm söhbətə dad qatır. Bugün bunlardan birisi – Pankek haqqında bölüşmək istəyirəm.
Pankek – adı üstündə `tava keksi` deməkdi. Tavada hazırlanan istər fransızların crêpe suzette-si olsun, istər bildiyimiz oladiler, blinlər olsun bunlar hamısı pankekin fərqli variantları sayıla bilər. Bəzi yerlərdə (xüsusən Amerihkada) Pankek dedikdə ağla səhər yeməyinin sevilən parçası gəlsə də, bəzi yerlərdə (xüxusən Avropada, daha çox qərbi Avropada) ağla Pankek günü və bu günün məxsusi ləzzəti gəlir. Əslində pankek qədimdən bilinən bir ləzzətdir və Pankek gününün mövcudluğu da əbəs deyil. Belə ki, xristiyanlıqda Pasxadan yeddi həftə əvvəl ‘böyük pəhriz/oruc’ dönəmi var və bu dönəmin başladığı gün ‘kül çərşənbəsi’ adlanır. Bu günün ərəfəsində, yəni bir gün əvvəlində isə ‘tövbə çərşənbə axşamısı’ qeyd olunur ki, o gün artıq böyük orucluq dönəmində istifadəsi yasaq olacaq yağ və yumurta yeyəbilmənin son günü olur. Ənənəvi olaraq bu gün bayram sirniyyatı mahiyyətində Pankek hazırlanır və elə bu gün də `Dünya Pankek günü` kimi qeyd olunur. Bəzi yerlərdə isə bu gün məğzi eyni qalmaqlq Mardi Gras festivalı olaraq qeyd edilir. Dəqiq günü Pasxaya görə müəyyən olunan bu gün gələn il Fevralın 28nə təsadüf edəcək. İndi sizinlə çox istifadı etdiyim reseptlərdən birini bölüşürəm.
Pankek
Ərzaqlar:
- 2 ədəd yumurta
- 3 yemək qaşığı toz şəkər
- 3 yemək qaşığı bitki yağı
- 2.5 su stekanı süd
- 3 su stekanı un
- 1 paket qabartma tozu (10 gr)
- 1 paket vanil (10 gr)
- Bir çimdik duz.
Hazırlanışı:
- Əvvəlcə qaba yumurtaları, toz şəkər, yağ, süd , düz və vanili töküb yaxşıca qarışdırırıq.
- Üstünə unu və qabartma tozunu töküb qarışdırırıq və duru xəmir əldə edirik.
- Tavaya çox az bitki yağı töküb isidirik.
- Xəmirdən kiçik bir çömçə, və ya bir xörək qaşığı qədər tavaya tökürük.
- Az odda göz göz olana qədər bişirib diger tərəfiniə çeviririk.
- Pankekin digər tərəfini də az bişirib servis edirik.
- Hazırladığımız pankeklərin üstünə zövqə görə bal, şokolad, mürəbbə, pudra şəkəri vs. əlavə edirik.