Ərzaqlar:

3 kq doğranmış qarpız
3 kq şəkər tozu
4 stəkan yarım su

Hazırlanması:

Bir ədəd qabığı qalın qarpız dilimləyib içini və qabığını kəsib təmizləyirik.

Dilikli bıçaqla qalınlığı 1,5-2 sm olmaqla doğrayırıq. Bıçaqla da doğraya bilərsiniz

Doğranmış qarpızı çəngəl ilə 2-3 yerdən deşdəkləyirik.

İsti suya töküb qaynayana qədər qarışdırırıq.

Sonra süzürük.

Mürəbbəni bişirəcəyimiz qaba şəkər tozu ilə dörd stəkan yarım suyu töküb əridirik.

Sonra süzülmüş qarpızı bura əlavə edib qarışdırırıq.
Qaynamağa başlayanda 3-5 dəqiqə qaynadıb kənara qoyuruq.

1 saat qalır.

Sonra yenidən normal odda qarışdıra-qarışdıra bişiririk.

Suyu qatılaşmağa başlayanda götürürük. Qaşığı qaldıranda damcı ağırlaşıb bir damcı ikiyə keçmək istəyəndə götürürük.

Qabda tamam soyuduqdan sonra bankalara yığırıq.

Nuş olsun!

Comments

comments