Ərzaqlar:

4 ədəd yumurta
0,5 ç.q xardal
100 q feta pendiri
1 diş sarımsaq
1 ədəd tər xiyar
Balaca dəstə cəfəri
Balaca dəstə şüyüd

Hazırlanması:

Yumurtanı suda bişiririk.Qabığını soyub iki bölürük.

Şüyüdü cəfərini təmizləyib yuyuruq.
Pendiri və xardalı qarışdırırıq. Yumurta sarısını əzirik və şüyüdü xırda doğrayıb tökürük.
Sarımsağı da əzib tökürük. Tam qarışdırıb yumurta ağlarının içinə yığırıq.

Qaba qoyduqda qabı cəfəri ilə bəzəyirik.
Xiyarı gül formada kəsib yumurtanın üstünü bəzəyirik.

Qəlyanaltı hazırdır.

Nuş olsun!

Comments

comments