Sirr deyil ki, əksər qadınlar gündəlik ev işlərinin ağırlığı, uşaqların məktəb problemləri, xarici görnüşünü qaydaya salmaq, yemək hazırlamaq kimi işlərlə yüklənirlər. Adətən öz şəxsi maraqları və istəklərini həyata keçirməyə nə vaxtları, nə də ki, gücləri çatır.
Gündəlik işlərlə bağlı, o cümlədən yeməyə nə bişirmək kimi yorucu suallara cavab tapmaq üçün sizə stresi azaldan bir neçə məsləhətlərimiz var.

1.Bir həftəlik menyu tərtib edin və görəcəksiniz ki, bu istənilən evdar xanımın həyatını asanlaşdıracaq. Evə gələrkən kədərlə nə bişirəcəyinizi fikirləşməyəcəksiniz. Axşama nə hazırlayım sualı artıq sizi məşğul etməyəcək və hər gün supermaketdə zəruri ərzaqları almaq üçün vaxt itirməyəcəksiniz. Bundan əlavə, belə yanaşma ailənizin menyusunu nəzarətdə saxlamağa kömək edəcək. Məsələn, həftədə nə qədər meyvə, tərəvəz, taxıl məhsulları, ət və balıq istifadə olunduğunu dəqiq biləcəksiniz.

2. Yarımfabrikatların hazırlanması. Əgər kotlet hazırlayacaqsınızsa müəyyən miqdar ət çıxarıb ət maışınında çəkin. Sonra isə həmin yarımfabrikatı soyuducu kamerada saxlayın. Artıq qalan əti də soyuducuda saxlayın. Bu kiçik hiyləgərlik sizə ehtiyat saxlamağa da kömək edəcək.

3. Butun ərzaqlar əlinizdə hazır olmalıdır. Həftəlik menyunu bilirsinizsə, bütün zəruri komponentləri alın. Hazır menyu və ərzaqlar əldədirsə, bu artıq yeməyin tez bişməsinin qarantıdır. Həddindət artıq istidə xarab olan məhsullar az deyil. Onlara balıq, hind toyuğu və toyuq filesi, dəniz məhsulları aiddir. Həmin məhsulları həftənin əvvəlində bişirməyiniz məsləhətdir. Yemək bişirərkən öz fantaziyalarınızdan da istifadə edin, məsələn, bəzək üçün büşmiş və ya qaynadımış meyvələr də uyğundur. Bu cür yeməklər nəinki tez hazırlanır, çox dadlı və faydalı alınır.

Öz ailəsini sevən və ailənin hər üzvü ilə qarşılıqlı anlaşma yaratmaq istəyən xanım ona əmin ola bilər ki, ailədən heç kim ondan mətbəxin şah əsərini gözləmir. Sadəcə maksimum dərəcədə ailəni təmin edən yolu tapmaq lazımdır və yeni bilikləri tətbiq etməkdən qorxmamaq lazımdır.

Comments

comments