Hazır yeməklərə əlavə tərəvəzlər qatdıqda əla bir-birlərini tamamlayır.Tərəvəzlər insan orqanizmi üçün faydalı olan bir çox zəngin mineral və vitaminlərlə zəngindir, və hazır yeməkləri həzmə vermək üçün daha xeyirlidi.Tez bişən fast food yeməklərə əlavə pomidor dilimləri, xiyarŞ göyərtilər, noxudlar qatıqda yeməklər daha ləzzətli olur.Hazır yeməkləri bəzəmək üçün sizə bəzi ideyaları təqdim edirik:
– Donmuş meyvə piroqunun üzərinə bir qat tərəvəz əlavə edin və tərəvəzlər yumşalana qədər sobada bişirin. Bunun üçün bir qədər göbələk və pomidor dilimləmək, bibərləri və yunan qabağını isə zolaqlara doğramaq tövsiyyə olunur.
– Pitsanın ən üstünə pomidor konservi (göyərti, ədviyyatlı olması yaxşıdır) və donmuş tərəvəzlər qoya bilərsiniz, misal üçün doğranmış ispanaq, noxud və qarğıdalı. Üzərinə pendir və ya unlama suxari əlavə edin.
– Donmuş lazanyanın üzərinə pomidor qoya bilərsiz. Onların hamısını kəsilmiş parmezanla qarışdırın və yeməyi sobada bişirin. Süfrəyə salatla verin.
– Fəsəli və ya tortilya alarkən onları doğranmış donmuş ispanaqla doldurmaq olar: onların donu açmalıdır, sonra az yağlı kəsmik ilə və doğranmış yaşıl soğanla qarışdırılmış rulon şəkilli ispanaqla onları doldurun. Fəsəliləri odadavamlı qaba qoyun, 1-2 banka doğranmış pomidor və göyərti əlavə edin, üzərinə pendir səpin və sobada bişirin.
– Meksiya hazır yeməyi yenicə hazırlanmış salsa sousu ilə verilə bilər.Buna əlavə bir qədər pomidor, 1 ədəd xiyar, bir soğan və kərəvizi kub şəklində doğrayın.Əlavə olunan inqrediyentləri qarışdırın və üzərinə zövqə uyğun duz, istiot əlavə edin.Bundan əlavə keşniş və doğranmış çili bibəri əlavə edin.

Comments

comments