Ərzaqlar:
1 st süd
1 st qarğıdalı unu
1/2 st un
2 ədəd yumurta
2 x.q şəkər tozu
1 paket qabartma tozu
1/2 ç.q duz
Bişirmək üçün duru yağ
Hazırlanması:
Yumurta, duz və şəkər tozunu çalırıq.
Sonra südü əlavə edib yenə çalırıq.
Çalınmış südün üstünə qabartma tozunu, qarğıdalı ununu və unu əlavə edib tam qarışanadək çalırıq.
Tavanı istidib duru yağ tökürük.Qarışıqdan 1 x.q götürüb tavaya tökürük. Hər iki üzünü qızardırıq.
Hamsını bu şəkildə bişiririk.
Nuş olsun!