Ərzaqlar:

3 st uzun düyü, 500 q quşbaşı doğranmış ət, 400-500 q təmizlənmiş şabalıd, 4-5 ədəd baş soğan, 4 x.q əridilmiş kərə yağı, 1 st. kişmiş, 7-8 ədəd gavalı turşusu, 7-8 ədəd qaysı, duz, istiot, zəfəran ya da sarıkök, 10 ədəd balaca yuxa

Hazırlanması:

Əti yuyub üstünə su töküb bişiririk. Kəfini yığırıq. Bişənə yaxın suyuna duz tökürük. Suyunu elə tökün ki bişəndə suyu qalmasın.

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq və üstünə duz, yağ töküb qızılı rəngdə olanadək qovururuq.


Bişmiş ət tikələrini və gavalı turşusunu yuyub soğanın üstünə töküb 5-6 dəqiqə qovururuq. Zövqə görə duz və istiotunu əlavə edirk.

Kişmişi qaysını təmizləyib yuyuruq. Qaysini 4 bölüb doğrayırıq.Tavaya töküb üstünə yağ əlavə edib bişiririk.

Şabalıdı üstünə duz səpib tavada yağda az qovururuq.

Düyünü yuyub islağa qoyuruq.

Sonra adi qaydada duzlu suda yarıhazır vəziyyətdə bişiririk və süzürük. Üstünə zövqə görə zəfəran suyu ya da sarıkök tökürük.

Plovu dəmə qoyacağımız qazanı yağlayırıq. Sonra yuxaları yan-yana düzürük. Düzdükdən sonra yenəyuxaları yağlayırıq.

Qazana birinci az düyüdən tökürük. Üstünə kişmiş ilə qaysını əlavə edirik.

Yenə düyüdən töküb üstünə əti əlavə edirik.

Yenə düyü əlavə edib şabalıdı tökürük.

Qalan düyünü şabalıdın üstünə töküb yağ əlavə edib yuxaların kənarını içəri büküb yuxa ilə örtürük.Yuxanı yağlayırıq.


Qazanı sobaya qoyuruq və 200-220 dərəcə qızdırılmış sobada yanları və üstü qızaranadək bişiririk.Qızardıqdan sonra qazanı ağzı aşağı çevirib plovun yanını bəzəyirik.Plovu süfrədə üstdən dairəvi kəsə ya da dilimləyə bilərsiniz.

Nuş olsun!

Comments

comments