Ərzaqlar:

2 st düyü

1 st bişmiş lobya(0,5 st bişməmiş)

3-4 x.q əridilmiş kərə yağı

50-60 q qoz ləpəsi

Duz

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

(Bəzi bölgələrimizdə bu plovun altına qazmaq əvəzinə balqabaq dilimləri düzülür üstünə qoz ləpəsi tökülür sonra lobyalı, qozlu düyü tökülüb dəmə qoyulur)

Hazırlanması:

Qoz ləpəsini bıçaqla doğrayırıq.

Lobyanı axşamdan təmizləyib yuyub islağa qoyub sabahı bişiririk.

Düyünü təmizləyib yuyub duzlu suda tökürük.

Düyü hazır olmağa az qalmış suyuna bişmiş lobyanın suyundan tökürük.(1 st lobya suyu) Sonra bişmiş lobyanı əlavə edirik.

3-5 dəqiqə də qarışdırıb aşsüzəndə süzürük.

Süzülmüş düyünün üstünə qozu əlavə edib qarışdırırıq.

Qazana az yağ töküb qızdırıb düyüdən əlavə edib üstünə yumurta ilə qatığı töküb qarışdırıb qalınlığı 1 sm olmaqla qazanın dibinə yayırıq.

Qalan lobyalı düyünü qazmağın üstünə tökürük. Yağ töküb dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.

Plov dəm alanda təpəcik şəklində qaba yığıb üstünə qaynar yağ töküb qazmaqla bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments